Op. Dr. Mahmud Mahmudov – Ümumi Cərrahiyyə Uzmanı, MD, PhD (c)
Op.Dr. Mahmud Mahmudov, Ankara (Türkiyə) Hacettepe Üniversitesi'nde Ümumi Cerrahiye üzrə uzmanlıq təhsili almış eyni zamanda Moskva (Rusiya) Klinik Elmi Mərkəzi'nde (Loginov adına) Laparoskopik Koloproktologiya sahəsində ixtisaslaşmışdır.
Eyni zamanda hal hazırda Hacettepe Universiteti Klinik Anatomiya Kafedrasında doktorant olaraq elmi fəaliyyətini davam etdirir.
Təhsilini başa vurduqdan sonra bir müddət Türkiyədə Özel ADN Xəstəxanasında çalışmışdır. 7 il sonra öz doğma şəhəri Bakı'ya dönərək Məlhəm Beynəlxalq Hospital- da Ümumi Cərrahiyyə üzrə fəaliyyətə başlamışdır.
Dr. Mahmud Mahmudov, ümumi cərrahiyyə xüsusən də qapalı (laparoskopik) bariatrik və kolorektal cərrahiyyə sahəsində 10 ildən artıq beynəlxalq təcrübəyə malikdir.
Hal-hazırda o, Melhem Beynəlxalq Xəstəxanasında ümumi cərrah olaraq fəaliyyət göstərir və eyni zamanda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında klinik cərrahiyyə fənni üzrə müəllimdir.
Dr. Mahmudovun əsas məqsədi — pasiyentlərə ən müasir və təhlükəsiz cərrahi müalicə üsullarını təqdim etmək, əməliyyat sonrası reabilitasiya prosesini elmi əsaslarla idarə etməkdir.
Dr. Mahmud Mahmudov, Azərbaycan Tibb Universitetinin məzunu olub. Cərrahiyyə üzrə ixtisas təhsilini Türkiyənin Hacettepe Universitetində tamamlamış, ehtimal elmi fəaliyyətini həmin universitetdə Klinik Anatomiya üzrə PhD (tibb üzrə fəlsəfə doktoru) proqramında davam etdirir. Bundan əlavə, o, Moskva Elmi Tədqiqat Mərkəzi A.S. Loginovda robotik və minimal invaziv cərrahiyyə üzrə ixtisasartırma təhsili keçmişdir.
Dr. Mahmudov çoxsaylı beynəlxalq elmi konfransların iştirakçısı və tədqiqatların, həmçinin üç beynəlxalq elmi kitabda bölmə (chapter writer) müəllifidir. Onun elmi maraq dairəsi əməliyyat texnikalarının anatomiya bilikləri ilə inteqrasiyası və cərrahi nəticələrin optimallaşdırılmasıdır.
Modern Perspectives in Surgical Approaches & Anatomical Evaluations (2024)
Colorectal Cancer: Colorectal Anatomy (2024, Ankara)
Sepsisin İmmunoloji Təsirləri — Eksperimental Döş Xərçəngi Modelində (2022, Ankara)
Mədə-bağırsaq xərçəngi əməliyyatları
Bariatrik və metabolik cərrahiyyə (mədə kiçiltmə əməliyyatları)
Laparoskopik və robotik cərrahiyyə
Kolorektal və onkoloji cərrahiyyə
Qastrointestinal və hepatobiliar əməliyyatlar
Minimal invaziv cərrahi müdaxilələr
Hər bir əməliyyat beynəlxalq protokollar və fərdi müalicə yanaşması əsasında həyata keçirilir.
Ümumi Cərrah | 2023 – hal-hazırda
Kolorektal, bariatrik (mədə kiçiltmə), laparoskopik və onkoloji əməliyyatlarda geniş təcrübəyə malikdir.
Müəllim | 2024 – hal-hazırda
Klinik Cərrahiyyə fənni üzrə dərslər və əməliyyat anatomiyası təlimləri aparır.
Cərrah | 2022 – 2024
Regional səhiyyə sistemində laparoskopik texnikaların tətbiqinə öncülük etmişdir.
Cərrah | 2021 – 2022
Ümumi və onkoloji cərrahiyyə üzrə beynəlxalq təcrübə qazanmışdır.
Cərrahiyyə Uzmanlığı | 2016 – 2021
1300-dən çox əməliyyatda iştirak etmiş, klinik koordinasiya təcrübəsi qazanmışdır.
Türk Cərrahlar Dərnəyi (TCD)
Türk Kolon və Rektum Cerrahisi Derneği (TKRCD)
Türk Hepato-Pankreato-Bilier Cerrahi Derneği (THPBCD)
Azərbaycan Cərrahlar Assosiasiyası
European Society of Coloproctology (ESCP)
Dr. Mahmud Mahmudovun fəaliyyətində əsas prinsip — pasiyentin təhlükəsizliyi, əməliyyatın dəqiqliyi və nəticənin davamlılığıdır. Bütün xidmətlər sübuta əsaslanan tibbi yanaşma və müasir texnologiyalar üzərində qurulub. Hər bir pasiyent üçün fərdi müalicə planı hazırlanır, əməliyyat prosesi multidissiplinar nəzarət altında həyata keçirilir.
Dr. Mahmudovun tibbi yanaşması, əməliyyat texnikaları və xəstə baxımına dair fikirləri ilə tanış olmaq üçün videonu izləyə bilərsiniz.
Blog, elanlar və bütün yeniliklərdən xəbərdar olmaq üçün e-mail abunəliyi edin