Yırtıq nədir?
Yırtıq (hernia) — qarın divarında və ya digər anatomik nahiyələrdə orqan və ya toxumaların normal mövqeyindən çıxaraq dəri altına və ya başqa boşluğa keçməsi ilə xarakterizə olunur. Ən çox qarın divarında (qasıq, göbək, əməliyyat çapığı nahiyəsi) rast gəlinir.
2. Əlamətləri
• Qasıq və ya göbək nahiyəsində şişkinlik
• Fiziki gərginlik zamanı şişkinliyin böyüməsi
• Ağrı və diskomfort hissi
• İrəliləmiş hallarda bağırsaq keçməzliyi əlamətləri (qusma, qaz-nəcis çıxışının dayanması)
3. Diaqnostika
• Klinik baxış və palpasiya əsasdır
• USM (xüsusilə kiçik və şübhəli yırtıqlarda)
• KT/MRT (daha mürəkkəb hallarda)
4. Müalicə — Cərrahi yolla
Yırtıqlar öz-özünə sağalmır. Yeganə effektiv müalicə üsulu — əməliyyatdır.
Əməliyyat üsulları
• Açıq hernioplastika – klassik üsul, amma böyük kəsik, ağrı və uzun sağalma dövrü ilə müşayiət olunur.
• Qapalı (laparoskopik) hernioplastika – müasir dövrdə qızıl standart sayılır:
Kiçik kəsiklər
Daha az əməliyyatdan sonrakı ağrı
Tez sağalma və işə qayıtma
İnfeksiya və residiv riskinin azalması
Daha yaxşı kosmetik nəticə
5. Laparoskopik yırtıq əməliyyatlarının əsas metodları
• TAPP (Transabdominal Preperitoneal hernioplastika)
Qarın boşluğuna daxil olunur, periton qaldırılır və yırtıq sahəsinə mesh yerləşdirilir.
• TEP (Totally Extraperitoneal hernioplastika)
Qarın boşluğuna daxil olunmadan, qarın divarının təbəqələri arasında işlənir və mesh həmin boşluğa yerləşdirilir.
Hər iki üsulda məqsəd — zəif nahiyəni sintetik tor (mesh) ilə möhkəmləndirməkdir.
6. Əməliyyat zamanı diqqət edilən anatomik strukturlar
• İnquinal kanalın strukturları (funiculus spermaticus, a./v. testicularis)
• Epigastrik damarlar
• Periton qatı
• Qarın divarının əzələ təbəqələri
• Yırtıq kisəsi və onun tərkibi (bağırsaq, yağ toxuması və s.)
7. Ən çox istifadə olunan mesh növləri
• Standart seçim (TAPP və TEP əməliyyatlarında): polipropilen mesh (klassik və ya yüngülləşdirilmiş variantı).
• Aktiv, gənc xəstələrdə: yüngül (lightweight) polipropilen mesh daha çox tövsiyə olunur.
• Xüsusi hallarda (periton defekti olduqda): yapışma əleyhinə örtüklü kompozit mesh istifadə edilə bilər.
Nəticə: Bu gün qapalı (laparoskopik) yırtıq əməliyyatları — TAPP və TEP texnikaları — qızıl standart sayılır və açıq əməliyyata nisbətən çox üstünlüklərə malikdir.
Blog, elanlar və bütün yeniliklərdən xəbərdar olmaq üçün e-bülleten abunəliyi edin