Dil seçin
Telefon
WhatsApp

Tük dönməsi

Tük dönməsi

1. Tük dönməsi (Pilonidal sinus) nədir?
• Tük dönməsi — əsasən gənclərdə və oturaq həyat tərzi keçirən şəxslərdə rast gəlinən bir xəstəlikdir.
• Əsasən sakral nahiyədə, dəri altında xırda dəlik və sinus yollarının əmələ gəlməsi ilə xarakterizə olunur.
• Bu sinuslarda tük və qalıqlar toplanır, nəticədə iltihab və irinləmə baş verir.

2. Əlamətləri
• Sakral nahiyədə ağrı və şişkinlik
• Açılan xırda dəliklərdən irinli və ya qanlı axıntı
• Uzun müddətli oturmada narahatlıq
• Təkrarlayan iltihab və abses əmələ gəlməsi

3. Diaqnostika
• Əsasən kliniki baxışla qoyulur (nahiyədə dəliklər və axıntı görünür).
• USM və ya MRT nadir hallarda — sinus yollarının dərinliyini qiymətləndirmək üçün.

4. Müalicə
• Tük dönməsinin yeganə müalicəsi cərrahi üsuldur.
• Son illərdə ən müasir metodlardan biri lazer ilə müalicədir.

5. Lazer müalicəsinin mahiyyəti
• Xəstə nahiyə sterilizə olunur.
• Sinus dəliklərindən xüsusi nazik lazer probu daxil edilir.
• Lazer enerjisi ilə sinus yolunun iç divarları yandırılaraq (koagulyasiya olunaraq) bağlanır.
• İçəridə qalmış tük və toxumalar təmizlənir, sinus boşluğu tamamilə kollabe olur.

6. Lazer müalicəsinin üstünlükləri
• Minimal invazivdir – kəsik aparılmır.
• Tikiş qoyulmur.
• Ağrı və qanama çox azdır.
• Ambulator şəraitdə mümkündür – bizim mərkəzdə lazer əməliyyatı xəstəxanada qalma tələb olunmadan aparılır, xəstə eyni gün evə buraxılır.
• Sağalma müddəti çox qısadır – xəstə 1–2 günə normal həyata qayıda bilir.
• Gündəlik həyat və işdən qalma müddəti minimumdur.
• Estetik nəticə yaxşıdır (çapıq qalmır), çünki dəriyə kəsik atılmır, yalnız mövcud dəliklərdən müdaxilə olunur.
• Xüsusilə gənclər və estetik narahatlığı olan pasiyentlər üçün böyük üstünlükdür.

7. Nəticə

Lazer ilə pilonidal sinus müalicəsi — müasir, minimal invaziv və effektiv üsuldur.
Xüsusilə erkən mərhələlərdə və sadə sinuslarda ən yaxşı nəticəni verir.