Op. Dr. Mahmud Mahmudov – Ümumi Cərrahiyyə Uzmanı, MD, PhD (c)
Op.Dr. Mahmud Mahmudov, Ankara (Türkiyə) Hacettepe Üniversitesi'nde Ümumi Cerrahiye üzrə uzmanlıq təhsili almış eyni zamanda Moskva (Rusiya) Klinik Elmi Mərkəzi'nde (Loginov adına) Laparoskopik Koloproktologiya sahəsində ixtisaslaşmışdır.
Eyni zamanda hal hazırda Hacettepe Universiteti Klinik Anatomiya Kafedrasında doktorant olaraq elmi fəaliyyətini davam etdirir.
Təhsilini başa vurduqdan sonra bir müddət Türkiyədə Özel ADN Xəstəxanasında çalışmışdır. 7 il sonra öz doğma şəhəri Bakı'ya dönərək Məlhəm Beynəlxalq Hospital- da Ümumi Cərrahiyyə üzrə fəaliyyətə başlamışdır.
Dr. Mahmud Mahmudov, ümumi cərrahiyyə xüsusən də qapalı (laparoskopik) bariatrik və kolorektal cərrahiyyə sahəsində 10 ildən artıq beynəlxalq təcrübəyə malikdir.
Hal-hazırda o, Melhem Beynəlxalq Xəstəxanasında ümumi cərrah olaraq fəaliyyət göstərir və eyni zamanda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında klinik cərrahiyyə fənni üzrə müəllimdir.
Dr. Mahmudovun əsas məqsədi — pasiyentlərə ən müasir və təhlükəsiz cərrahi müalicə üsullarını təqdim etmək, əməliyyat sonrası reabilitasiya prosesini elmi əsaslarla idarə etməkdir.