Dil seçin
Telefon
WhatsApp

Bağırsaq Keçməzliyi (İleus)

Bağırsaq Keçməzliyi (İleus)

Bağırsaq nədir?
Həzm sisteminin ən uzun hissəsidir.
• Nazik bağırsaq – duodenum, yeyunum, ileum
• Yoğun bağırsaq – çekum, kolon, rektum
Hərəkət peristaltika ilə təmin olunur.

2. Bağırsaq keçməzliyi nədir?
Bağırsaq möhtəviyyatının normal hərəkətinin qismən/tam dayanması.
Növləri:

• Mexaniki keçməzlik:
Ekstraluminal – yapışma, yırtıq, xarici şiş təzyiqi
İntraluminal – öd daşı, yad cisim, bezoar
İntramural – bağırsaq şişi, striktura
Xüsusi formalar: volvulus, intussusepsiya
Dinamik (paralitik) keçməzlik: peritonit, ağır travma, elektrolit pozğunluğu, əməliyyatdan sonrakı parez

3. Əlamətləri
• Kəskin qarın ağrısı (dalğavari, kolik tipli)
• Qusma (öncə mədə möhtəviyyatı → öd → nəcis qoxulu)
• Qaz/nəcis çıxışının dayanması
• Qarın köpü, asimmetriya
• Bağırsaq səsləri: əvvəl güclü, sonrakı mərhələdə itir
• Uzunmüddətli hallarda – susuzlaşma, taxikardiya, hipotenziya

4. Diaqnostika
• Fiziki müayinə – qarında şişkinlik, hiperperistaltika və ya susma
• Rentgen – “hava-maye səviyyələri”
• KT – obstruksiya yeri və səbəbi
• USM – uşaq/hamilə qadınlarda faydalı
• Qan analizləri – elektrolit pozğunluğu, laktat (iskemiyanın göstəricisi)

5. Müalicə

İlkin tədbirlər:
• Venadaxili maye və elektrolitlər
• Mədə zondunun qoyulması (dekompressiya)
• Antibiotiklər (peritonit riskində)
• Ağrıkəsicilər, simptomatik müalicə

Əsas müalicə:
• Paralitik keçməzlik – konservativ yanaşma
• Mexaniki keçməzlik – əsasən cərrahi

Nekroz – rezeksiyası
Yapışma – adhezioliz
Volvulus – açma ± rezeksiyası
İntussusepsiya – reduksiya ± rezeksiyası6. Laparoskopiyanın rolu

Üstünlüklər: kiçik kəsik, az travma, az ağrı, qısa hospitalizasiya, daha az yapışma
Məhdudiyyətlər: massiv qarın kökü, peritonit, hemodinamik qeyri-sabitlik
Bu gün: adheziv keçməzlikdə laparoskopik adhezioliz geniş şəkildə qızıl standart hesab olunur

7. Əməliyyatda diqqət edilən anatomik strukturlar
• Nazik bağırsaq ansaları
• Mezenterial damarlar (a./v. mesenterica sup.)
• Kolon seqmentləri
• Peritoneal boşluqdakı yapışmalar
• Qaraciyər, dalaq, mədə ilə kontakt sahələr