Dil seçin
Telefon
WhatsApp

Arıqlama və Endokrinoloji Mərkəz

Arıqlama və Endokrinoloji Mərkəz

Piylənmə və artıq çəki sağlamlıq problemlərinin əsas səbəblərindən biri olmaqla yanaşı, qlobal miqyasda artan və  narahatlıq doğuran bir vəziyyətdir. Piylənmə və artıq çəki qidalanmanın düzgün olmaması (kaloriyası yüksək qidaların tez-tez qəbulu), hərəkətsizlik (fiziki aktivliyin az olması), genetik faktorlar (ailəvi meyillilik), hormon pozuntuları (xüsusilə qalxanabənzər vəzinin (tiroid) az işləməsi, insulin rezistentliyi, böyrəküstü vəz və hipofiz vəzin xəstəlikləri), psixoloji faktorlar (stress, depressiya və emosional yemək) kimi səbəblərdən əmələ gəlir. Hər bir artıq çəkisi və ya piylənməsi olan xəstə diyetoloq, endokrinoloq, psixiatr və ümumi cərrah tərfindən dəyərləndirilməli və xəstəyə uyğun müalicə üsulu və həyat tərzi dəyişikliyi tövsiyə olunmalıdır. Mərkəzimizə müraciət edən hər bir xəstəyə lazımi mütəxəssislərin nəzarəti altında çəki vermə proqramı başladılır.  

Arıqlama bədən çəkisinin idarə olunması prosesidir və metabolizma, hormonlar, qida qəbulu və fiziki aktivlik kimi bir çox faktora bağlıdır. Endokrin sistemi, bədənimizdəki hormonların istehsalını və tənzimlənməsini idarə edən sistemdir. Bu sistem tiroid, insulin, kortizol və leptin kimi hormonlarla bədən çəkisinə təsir edə bilər.

Əsas Endokrin Faktorlar:

  1. Tiroid hormonları: Tiroid vəzi metabolizmə nəzarət edir. Hipo- və ya hipertiroidizm növü çəkiyə təsir edə bilər.
  2. İnsulin: Qanda şəkərin tənzimlənməsi üçün vacibdir. İnsulin müqaviməti çəki artımına səbəb ola bilər.
  3. Leptin və Qrelin: Leptin toxluq hissini təmin edir, qrelin isə aclıq hissini artırır. Bu hormonların disbalansı iştahın artmasına gətirib çıxara bilər.
  4. Kortizol: Stress hormonudur. Yüksək kortizol səviyyəsi bədən yağlarının toplanmasına səbəb ola bilər.

Arıqlamaq üçün Tövsiyələr:

  • Balanslı qidalanma: Zülal, yağ və karbohidratın düzgün nisbətini qorumaq.
  • Fiziki aktivlik: Həftədə ən azı 150 dəqiqə orta səviyyəli məşq tövsiyə olunur.
  • Stressin idarə edilməsi: Kortizol səviyyəsini balansda saxlamaq üçün meditasiya və ya relaksasiya üsulları.
  • Həkim nəzarəti: Tiroid və digər hormon problemləri varsa, mütləq endokrinoloqla məsləhətləşin.
  • Arıqlama çətinlikləri hormonal problemlərlə bağlı ola bilər. Buna görə də, uzunmüddətli uğur üçün sağlamlıq vəziyyətinizi dəyərləndirərək, həkim tövsiyələrinə əməl etmək vacibdir.

 

Mədə Balonu və Bariatrik Cərrahiyyə

Mədə Balonu:
Mədə balonu, bədən çəkisini azaltmaq məqsədilə istifadə olunan qeyri-cərrahi prosedurdur. Bu prosedur zamanı silikon materialdan hazırlanan balon endoskopik yolla mədəyə yerləşdirilir və maye və ya hava ilə doldurularaq mədədə yer tutur. Bu, yemək qəbulunu məhdudlaşdıraraq toxluq hissini artırır. Balon adətən 6-12 ay mədədə qalır və daha sonra çıxarılır.

  • Üstünlükləri: Qeyri-cərrahi olması, geri qaytarılabilən prosedur olması.
  • Mənfi cəhədləri: Ürəkbulanma, qarın ağrısı və bəzən balonun yer dəyişməsi riski.

Bariatrik Cərrahiyyə:
Bariatrik cərrahiyyə, piylənməni müalicə etmək üçün istifadə olunan cərrahi üsuldur. Bu əməliyyatlar mədənin ölçüsünü kiçiltməklə və ya həzm sistemini dəyişməklə arıqlamağa kömək edir. Əsas növləri:

  1. Mədə qandarı (Gastrik bypass): Mədənin kiçik bir hissəsi ilə yeni mədə hazırlanır və bu hissə bağırsaqlara birləşdirilir.
  2. Mədə qolu (Sleeve gastrektomiya): Mədənin böyük hissəsi çıxarılaraq daha kiçik bir "qol" formasında mədə yaradılır.
  3. Bilio-pankreatik diversiya: Həzm sistemində daha böyük dəyişiklik edilərək qida qəbulu azaldılır.
  • Üstünlükləri: Əhəmiyyətli çəki itkisi, diabet və digər piylənmə ilə əlaqəli problemlərin yaxşılaşması.
  • Mənfi cəhətləri: Cərrahiyyə riskləri, qida və vitamin çatışmazlığı, uzunmüddətli nəzarət ehtiyacı.

Qeyd: Həm mədə balonu, həm də bariatrik cərrahiyyə ciddi tibbi qərarlardır. Piylənmə müalicəsində bu üsullar yalnız digər metodlar (məsələn, diyet və fiziki aktivlik) uğursuz olduqda və ya sağlamlıq vəziyyəti üçün ciddi risklər mövcud olduqda nəzərdən keçirilir. Hər iki prosedur üçün mütləq həkimlə məsləhətləşmək lazımdır.