Dil seçin
Telefon
WhatsApp

Appendiks

Appendiks

1.Appendiks nədir?
Appendiks (appendix vermiformis) — yoğun bağırsağın başlanğıc hissəsi olan çekumun dibindən çıxan barmaqvari çıxıntıdır. İmmunitetdə müəyyən rol oynasa da, həyati vacib orqan sayılmır.

2. Appendisit nədir?
Appendisit — appendiksin iltihabıdır və ən çox rast gəlinən təcili qarın patologiyasıdır. Müalicə olunmadıqda perforasiya və diffuz peritonit kimi həyati təhlükəli fəsadlara gətirib çıxara bilər.

Formaları:

• Sadə (kataral) appendisit
• Flegmonoz appendisit
• Qangrenoz appendisit
• Perforasiya olunmuş appendisit

3. Əlamətləri
• Qarında ağrı (ilk öncə göbək ətrafında başlayıb sağ qalça nahiyəsinə lokalizasiya olur)
• Qusma, ürəkbulanma
• İştahsızlıq
• Temperaturun yüksəlməsi
• Qarın divarında gərginlik, peritoneal qıcıqlanma əlamətləri (Blumberq, Rovzing və s.)

4. Diaqnostika
• Klinik müayinə və palpasiya
• Qan analizində leykositoz, CRP artımı
• USM və ya KT (daha dəqiq hallarda)
• Diaqnostik laparoskopiya (şübhəli hallarda)

5. Müalicə — Appendektomiya
Appendisitin yeganə effektiv müalicəsi əməliyyatdır.
 Bu gün laparoskopik appendektomiya qızıl standart hesab olunur və ilk seçimdir.

Üstünlükləri:
• Daha kiçik kəsiklər və kosmetik nəticə
• Daha az postoperativ ağrı
• Pasiyentin tez mobilizasiyası
• Qısa hospital qalma
• İnfeksiya və yırtıq riski daha aşağı
Açıq appendektomiya yalnız xüsusi hallarda (diffuz peritonit, texniki çətinlik, ağır pasiyent) icra olunur.

6. Əməliyyatda diqqət edilən anatomik strukturlar
• Appendiks
• Mesoappendiks və a. appendicularis
• Çekum və ileoçekal nahiyə
• Qarın boşluğu — irin, peritonit əlamətlərinin olub-olmaması yoxlanılır

Nəticə: Müasir dövrdə appendisit diaqnozu qoyulduqda ilk seçim müalicə üsulu laparoskopik appendektomiyadır. Açıq əməliyyat yalnız istisna hallarda tətbiq edilir.